Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “28 May – Respublika günü”nə həsr olunmuş tədbir keçirildi

27 may 2019 | 16:00

27 may  2019-cu  il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində “28 May-Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimayyətinin nümayəndələri iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  geniş məruzə ilə çıxış edərək bildirdi ki, may  ayının 28-i  Azərbaycan xalqının həyatına misilsiz  və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirmişdir.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.Əsrlər böyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddətdə-cəmi 23 ay yaşamasına baxmayaraq-onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir. Azərbaycanın bayrağını 23 ay dünyanın böyük dövlətlətində dalğalandıran, məhz Azərbaycan Xalq Cümhuriyyəti oldu.  1918-ci il 26 iyunda Milli Ordunun yaradılması, həmin ilin 27 iyununda Azərbaycan dilinin dövlət dili elan olunması, 23 avqust 1918-ci ildə “Azərbaycan vətəndaşlığı haqqında” qərarın qəbul edilməsi, 7 dekabr Azərbaycan parlamentinin açılması və fəaliyyətə başlaması, 1919-cu il 28 mayda Azərbaycan nümayəndə heyətinin Paris konfransında iştirakı və burada keçirilən görüşlər, 1919-cu il 1 sentyabrında Bakı Universitetinin yaradılması haqqında  qərarın qəbulu qeyd olunan uğurlar sırasına daxil olmuşdur..Gənc Azərbaycan dövləti şərqdə islahatçı cəsarəti ilə nümunə oldu.Azərbaycanın müstəqil neft iqtisadiyyatının təməli qoyuldu.Dağılmış iqtisadiyyat bərpa edilməyə başladı, milli pul vahidi, poçt markaları dövriyyəyə buraxıldı.  Əhalinin təhsilə cəlb edilməsi və maariftəndirilməsi istiqamətində böyük işlər görüldü.Azərbaycanın xarici siyasət sahəsində də uğurları az olmamışdır. 1920-ci il 1 yanvarda Paris şəhərində keçirilən Beynəlxalq konfransda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması barədə 40-dan çox dövlət tərəfindən qətnamə qəbul edildi.
M.Quliyev çıxışında qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan xalqı 70 il  Sovet Sosialist sistemi şəraitində yaşamışdır.Bu XX əsrdə xalqımızın tarixinin böyük  bir hissədir.Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşduq.Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir.Çünki bu dövrü bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə tariximizdə yeni bir dövr, müstəqil inkişaf dövrünə qədəm qoyulmuşdur.1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin qorunub saxlanmasında  xalqımız böyük iradə və yüksək ictimai şüur  nümayiş etdirdi, minlərlə şəhid versə də, işğala məruz qalsa da, Azərbaycan xalqı azad yaşamaq amalından  bir addım belə geri çəkilmədi.Ən əsası isə müdriklik göstərən xalq qanlı faciələr, qurbanlar və itkilər hesabına qazandığı istiqlalı saxlamaq, qoruya bilmək iqtidarında olan Cənab Heydər Əliyevi unutmadı. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu işinə müəlliflik etdi.Ulu öndərimiz ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan naminə etdikləri gözlərimizin qarşısında baş verdi.Bütün həyatı və fəaliyyəti dövründə Ulu Öndərin yeganə amalı sabit, güclü, azad və firavan azərbaycan qurmaq olmuşdur. Qısa müddət ərzində vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilmişdir. 28 ildir müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir “Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisidir. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır.İllər bir-birini əvəz etdikcə ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, abadlıq-quruculuq işləri genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını  göz bəbəyi kimi qoruyur, onu daha da möhkəmləndirərək gələcəyə doğru inamla aparır.
Tədbirdə çıxış edənlər ötən dövr ərzində xalqımızın keçdiyi yola nəzər salaraq öz xatirələrini bölüşdülər.

 

Keçidlər