Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Biləsuvar rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi.

08 may 2019 | 16:00

8 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası   Qadınlar Şurasının Biləsuvar rayon təşkilatı  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş  dəyirmi masa keçirdi.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev, YAP Qadınlar Şurası rayon təşkilatının sədri Ləman Yüzbaşova, Qadınlar Şurasının üzvləri və rayonun aktiv qadınları iştirak etdi.
İştirakçılar Ulu öndərin  YAP Biləsuvar rayon təşkilatında yerləşən büstü önünə tər çiçəklər qoyaraq  əziz xatirəsini yad etdilər.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev çıxış edərək Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun ölkəmizə rəhbərlik etdiyi dövrdə müstəqilliyimizin daimi və sarsılmaz olması üçün həyata keçirdiyi ölçüyəgəlməz işlər haqqında geniş məlumat verdi. Qeyd edildi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Tədbirdə YAP  Qadınlar Şurası Biləsuvar rayon təşkilatının sədri, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova çıxış edərək görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışaraq bildirdi ki, ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
L.Yüzbaşova qeyd etdi ki, Ümummilli liderimiz fəaliyyəti dövründə qadınlarla bağlı siyasətin gücləndirilməsini dəvlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu daima çalışmışdır ki. Azərbaycanın hər bir vətəndaşı azad, sərbəst yaşasın və daima öz rifahını yaxşılaşdırmaq imkanları olsun. . Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.
Tədbirdə çıxış edənlər Ulu öndər haqqında öz ürək sözlərini bildirərək qeyd etdilər ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlıdır.

Keçidlər