Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən Biləsuvar rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 390 yeni iş yerləri yaradılmışdır.

16 aprel 2019 | 16:00


Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi,  Biləsuvar rayonunda  da əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər əhali tərəfindən çox böyük razılıq və dövlət başçısına dərin  minnətdarlıq hissi ilə qarşılanır.
Rayon İcra Hakimiyyəti, “DOST İŞ” MMC və Kommunal Müəssisələr Kombinatı ilə birlikdə üç tərəfili müqavilə imzalanmış, işəgötürülənlərin fəaliyyət göstərəcək ərazilərin dislokasiyası hazırlanmışdır. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində rayon Kommunal Müssəsiələr Kombinatının tabeçiliyində 2019-cu ildə  390 yeni iş yerləri yaradılmışdır.Müvəqqəti iş yerlərinə qəbul olunmuş həmin işçilər rayon ərazisində aparılan abadlıq, təmizlik işlərində fəal iştirak edirlər.
Müvəqqəti iş yerlərinə qəbul olunmuş işçilər briqadalarda birləşərək Biləsuvar şəhərinin müxtəlif ərazilərində gündəlik olaraq tamizlik və abadlıq işlərini həvəslə yerinə yetirirlər ki, bu da əhali tərəfindən razılıqla qarşılanır.Təmizlik işlərini həyata keçirən briqadaların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır, görülən işlərin icrasına nəzarət olunur. Öz vəzifə borcunu layiqincə yerinə yetirən işçilərin ilin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması nəzərə tutulur.
Kommunal Müəssisələr Kombinatının tabeliyində çalışan bu işçilər əsasən aztəminatlı ailələrin üzvləridir. Müəyyən edilmiş dislokasiya üzrə ərazilərə təhkim olunmuş işçilər vəzifələrinə məsuliyyətlə yanaşmaqla, üzərlərinə düşən işləri gündəlik olaraq layiqincə yerinə yetirirlər.
Rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış müvəqqəti iş yerlərininə işçi qəbulu və əmək haqlarının ödənişi qaydalarına nəzarətin təmin edilməsi ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2019-cu il tarixli 67 nömrəli sərəncamı ilə komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının sədrliyi ilə komissiya müvəqqəti iş yerləri açılmış qrumlarda işlərin təşkilinin təftişi, işəgötürülənlərə əmək haqlarının ödənişi qaydaları haqqında izahatların verilməsi və bu işlərin nəzarətdə saxlanılması ilə  ciddi şəkildə məşğul olur.
Əhalinin məşğulluğunun təmin edilmədi məqsədi ilə yeni iş yerlərinin yaradılması rayonda aparılan təmizlik və abadlıq işlərinin miqyasının genişlənməsinə və sakinlərin hədsiz razılığına səbəb olur.

Keçidlər