Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Gənclər Evində gənclərlə görüş keçirildi.

15 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixdə Biləsuvar Gənclər Evində gənclərlə görüş keçirildi.
Görüşdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Biləsuvardan olan fəal gənclərin bir qrupu və gənc birliklərin üzvləri iştirak etdilər.
Görüşdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Biləsuvarın ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açdılar. Əldə olunan uğurlara görə Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlıq bildirdilər.
Gənclərlə keçirilən görüşdə yaxın gələcəkdə Gənclər Evinin fəaliyyət istiqamətləri, struktur, gənclərin könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə danışıldı.
Səmimi ortamda və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin təklifləri dinlənildi.

Keçidlər