Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilir.

25 fevral 2019 | 16:00

25 fevral 2019-cu il tarixdən başlayaraq Biləsuvar Gənclər evində, rayonunun  ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında Xocalı soyqırımının  27-ci ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir.
Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, rayonun Təhsil, Mədəniyyət, Gənclər və İdman idarələrinin rəhbərləri, məktəb direktorları və şagirdlər iştirak etdi.
Tədbirdə Ləman xanım Yüzbaşova  çıxış edərək Xocalı soyqırımı  haqqında geniş məlumat verdi. Bildirildi ki,bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi  şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
Keçirilən tədbirlərdə soyqırımdan bəhs edən filmlər nümayiş olundu, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.

 

Keçidlər