Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Azadlıq fədailəri" adlı tədbir keçirildi

19 yanvar 2019 | 16:00

19 yanvar 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 29-ci idönümünə həsr olunmuş "Azadlıq fədailəri" adlı tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimayyətin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları  20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular, və  şəhidlərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova 1990-cı il 20 Yanvar hadisələrindən danışaraq bildirdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.  bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət və Turizim idarəsinin müdir müavini Rəfiqə Cəfərova və digərləri çıxış edərək 20 yanvar hadisələrinin Azərbaycanın tarixindəki rolundan və 20 yanvar şədlərimizin azadlıq və müstəqillik yolunda apardıqları mübarizədən danışdılar.
Sonda rayon mədəniyyət işçilərinin hazırladıqları əbədi-bədii kompozisya  nümayiş olundu

 

Keçidlər