Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad və Arazbarı İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

18 dekabr 2018 | 16:00

18 dekabr  2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Səmədabad  və Arazbarı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri,  aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Səmədabad və Arazbarı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 626 təsərrüfatda 3370 nəfər əhali yaşayır.Kəndin ümumi torpağ fondu  2494  hektardır.
Nümayəndəlik ərazisində   tam orta məktəb, ümumi orta məktəb,  həkim məntəqəsi, uşaq bağçası, klub,  kitabxana, poçt şöbəsi, rabitə qovşağı, polis, yanğından mühafizə bölmələri və digər sosial obyektlər fəaliyyət göstərir.
Görüşdə Səmədabad və Arazbarı  kənd İcra nümayəndəsi İsgəndər  Rüstəmov   çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə məlumat verdi.Qeyd etdi ki, kənddə Heydər Əliyev parkı inşa olunmuş, Polis və yanğından mühafizə bölmələri üçün yeni binalar tikilmişdir.Həmçinin regionların sosial-iqtisadi inkişafına uyğun olaraq kənddaxili küçələr qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorlarının əksəriyyəti lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
2018-ci ildə nümayəndəlik ərazisində 1295 hektar sahədə sahədə pambıq məhsulu əkilərək sahələrdən bol məhsul toplanmışdır.Əhali əsasən əkinçiliklə yanaşı heyvandarlıqla da məşğuldur.
İsgəndər Rüstəmov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Rayonda  kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir.Bu sahədən milyonlarla manat gəlir əldə olunur.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Səmədabad və Arazbarı  kəndlərinin əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər