Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbir keçirildi.

25 oktyabr 2018 | 16:00

25 oktyabr  2018-ci il tarixdə Biləsuvar rayon Mədəniyyət Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi təbliğat xarakterli mədəni-kütləvi tədbir keçirildi
Tədbirdə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik sektorunun müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, digər aidiyyəti şəxslər və çağırış yaşlı gənclər iştirak etdilər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin vətənpərvərlik sektorunun müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov və başqaları çıxış edərək bildirdilər ki, vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır. Gənc nəsilin vətənə, yurda məhəbbət ruhunda tərbiyələnməsi ən vacib məsələlərdən biridir. Millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan vətənpərvər kimi yetişmək çox çətindir.
Keçirilən təbliğat xarakterli tədbirdə gənclərin hərbi xidmətə həvəsləndirilməsi ilə bağlı tövsiyələr verildi, onların hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görüləcək işlərin əsas istiqamətləri diqqətə çatdırıdı.
Çağırışyaşlı gənclərin iştirakı ilə keçirilən tədbir gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramı ilə yekunlaşdı.

Keçidlər