Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII forumu çərçivəsində zona toplantısı keçirildi.

20 oktyabr 2018 | 16:00

  19 oktyabr 2018-ci il tarixdə  Biləsuvar rayon Gənclər evində Azərbaycan Gənclərinin VIII formu çərçivəsində zona toplantısı keçirildi.
Toplantıda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira xanım Hacıyeva, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı, Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər  Heydər  Əliyevin abidəsinin  ziyarət  etdilər və  gənclərin əl işlərindən ibarət   sərgi ilə tanış oldular.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev   geniş məruzə ilə çıxış etdi.
M.Quliyev bildirdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı. Gənclər və İdman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı.Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.  Forum mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata kecirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı müxtılif "Azərbaycan Gəncliyi Dövlət Proqramları” və  strateji planların təsdiq edilməsi haqqında Sərəncamlar da gənclərə dövlət qayğısının davamıdır.
M.Quliyev bildirdi ki, Biləsuvar  rayonunda da dövlət gənclər və idman siyasəti uğurla davam etdirilir. Son zamanlar müxtəlif zona toplantıları və idman tədbirlərinin Biləsuvar  rayonunda keçirilməsi bunu deməyə əsas veri ki,  rayonda gənclərlə bağlı dövlət tədbirləri uğurla icra olunur. Və bu gün bu toplantının məhz Biləsuvar rayonunda  təşkili qeyd etdiklərimə sübutdur.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev bildirdi ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira xanım Hacıyeva, Azərbaycan RespublikasıMilli Məclisinin deputatı Xanhüseyn Kazımlı və digərləri çıxış edərək  bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində gənclərin rolunun  prioritet istiqamətlərdən biri hesab olunduğunu qeyd etmişlər. Bildirilmişdir ki, gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb. Gənclərimiz də bu şəraitdən bəhrələnərək ölkəmizin ictimai-siyasi həyatında daha da fəal iştirak etməli və uğurlarını daima artırmalıdırlar.

Tədbirdə ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların çox saylı sualları cavablandırılıb.

Keçidlər