Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Respublika Prokurorluğunun yaranmasının 100 illiyi qeyd olundu.

01 oktyabr 2018 | 16:00

01 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda  1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Respublika Prokurorluğunun yaranmasının 100 illiyi  münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, rayon icra hakimiyyətinin və rayon prokurorluğunun işçiləri  iştirak etdi.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə  prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik  edərək onlara bundan sonra da ölkəmizdəki digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı.
Bildirdi ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.Bu gündə Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları prokurorluq işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Tədbirdə Biləsuvar rayon Prokuroru Qabil Əliyev çıxış edərək “Prokurorluq orqanlarının yaranma tarixi, formalaşması və fəaliyyəti” mövzusunda geniş məlumat vermiş və bildmişdir ki, Prokurorluq orqanları öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla daim qanunun aliliyini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizə,  qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cəmiyyətin və dövlətimizin maraqlarının qorunmasında mühüm rol oynayır.
Rayon Prokuroru onlara göstərilən yüksək diqqət və qayğya, prokurorluq işçilərinə verilən dəyərə görə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını bildirib.
Sonda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 100 illiyi münasibətilə rayon Prokurorluğunun əməkdaşları Biləsuvar  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Keçidlər