Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

12 sentyabr 2018 | 16:00

12 sentyabr 2018-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Ağayrı  kənd İcra nümayəndəsi Azər Qədimov çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ağayrı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 534 təsərrüfat, 2564 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu,  kitabxana,  uşaq bağçası,EATS və poçtampt fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Ağayrı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür.Ötən dövr ərzində  1.9  km məsafədə kənddaxili  yol asfaltlaşdırılmış, 15 kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün  minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər,  bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firəvan yaşaması, insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayrı kəndində vətəndaşlarla keçirdiyi görüşdə respublikamızda və rayonumuzda görülən bu günkü hərtərəfli inkişafdan danışmışdı..Bildirdir ki, dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Ağayrı kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Şor kollektorları lildən təmizlənir.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Ağayrı kəndi rayonun pambıqçılıq üzrə ixtisaslaşmış kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayrı kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər