Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Məhərrəm ayında keçirilən dini ayin və mərasimlərin tənzimlənməsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib

11 sentyabr 2018 | 16:00

11 sentyabr 2018-ci il tarixdə  Biləsuvar rayon  Heydər Əliyev Mərkəzində Məhərrəm ayında keçirilən Aşura və digər dini ayin və mərasimlərin tənzimlənməsi və “ Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına  uyğun olaraq tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, imam və imam müavinləri, rəsmi dini ayin icraçıları,  məscidlərin müttəvəlliləri  iştirak etdi.
Tədbirdə rayon İcra Hakimiyyətnin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, respublikamızda  həyata keçirilən hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir. Ölkəmizdə  insan hüquq və  azadlıqlarının bərqərar olmasına, milli mənəvi dəyərlərimizin  qorunmasına, tolerant və multikultural ənənələrin möhkəmləndirilməsinə  böyük önəm verilir. Müasir mərhələdə dövlətimizin  din siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyən  etdiyi  demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Dünyanın bütün sivil ölkələrində  insanpərvərlik prinsipinə zidd və insan ləyaqətini alçalda biləcək dini cərayanların yayılmasının qarşısı qanunla  alınır. Bu sahədə qanunvericiliyin ölkəmizdə də təkmilləşdirilməsi və dini durumun sabitliyinin qorunması baxımından böyük əhəmiyyətə maqlikdir. Bu dəyişikliklər  həmin cərəyanların  ölkəmizdə yayılmasının qarşısını qanun çərçivəsində tamamilə alınmasına imkan verir.
Azərbaycan respublikasının əsas qanunu- Konstitusiyası  “Dini etiqad azadlığı haqqinda”  və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları  ilə ölkəmizdə dini etiqad azadlığı, eləcədə dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub.
Rayonumuzda  da həmişə dini baxımdan sabitlik hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır. Bu gün  Biləsuvar rayonunda 44 məscid mövcuddur. Onlardan 28-i gündəlik, 16-sı isə dini ayinlərin icrası vaxtı fəaliyyət göstərir. Rayonun Cümə məscidində  gündəlik dini ayinlərin icrası ilə məşğul olamaları üçün müvafiq şərait yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi atestasiyadan uğurla keçərək  rəsmi dini ayinlərin icraçısı kimi fəaliyyət göstərənlərin sayı  24 nəfərdir.
M.Quliyev bildirdi ki, qarşıdan müqəddəs məhərrəm ayı gəlir. Bu ay ərzində rayonumuzda yerləşən məscid və ziyarətgahlarda adı günlərdəkindən fərqli olaraq əhalinin nisbi çoxluğu müşahidə olunur. Belə ki, insanlar öz dini inanclarına uyğun olaraq məscidlərə və ziyarətgahlara gəlir, müxtəlif dini ayinləri icra edirlər. Aidiyyatı dövlət orqanları bu məqsədlə təhlükəsizlik tədbirləri görür, insanların daha rahat və mövcud ictimai qaydalara uyğun şəkildə dini ibadətlərini yerinə yetirlmələrindən ötrü tədbilər görürülər. Bu il də hər il olduğu kimi bu tədbirlər həyata keçiriləcəkdir. Lakin uzun illərdir aparılan müşahidələr və təhlillər onu deməyə əsas verir ki, məhərrəmlik ayında azyaşlı və yeniyeymələrin  ibadət yerlərinə getmələri orada icra olunan dini ayinləri korkoranə mənimsəyərək  onlarda müqəddəs dinimiz barədə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Nəticədə həmin  məktəbli və  yeniyetmələr də dinimizin yalnız ağı demək, sinə  və zəncir vurmaq, baş yarmaq kimi ayinlərdən ibarət olduğu barədə düzgün olmayan fikir yaranır. Bu da onalrın sonrakı həyatına təsirsiz ötüşmür. Əlbətdə ki, yaşlı nəsil Məhərrəm ayının fəzilətləri, Kərbəla hadislərinin islam dini  tarixindəki yeri və rolu barədə kifayət qədər məlumata malikdirlər. Bu hadisələrin hər bir müsəlman üçün nə qədər ibratamiz əsaslarının olduğunun fərqindədirlər. Lakin bunu məktəb yaşlı yeniyetmələr haqqında demək olmaz. Çünki bu böyük Kərbəla hadisələrinin  dərk olunması üçün nə onların yaşı, nə də həyat təcrübələri bəs etmir. Məhz bu məqsədlə cari ildə Məhərrəm ayının başlanmasına qədər rayonun bütün ümumtəhsil məktəblərində valideyn asosassiyaları ilə görüşlər keçirilimiş, müəllim və valideynlərlə, eləcədə fəal ictimayyət nümayəndəlri ilə müzakirələr aparılaraq məktəblilərin Məhərrəm ayı ərzində dini ayin icra etməkdən ötrü dərslərdən yayınmamaları üçün müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.
Bundan başqa rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə “Məhərrəm ayında keçirilən Aşura və digər dini  ayin və mərasimlərin tənzimlənməsi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçirilməsi ilə bağlı”   qərargah yaradılmış, rayonun aidiyyati dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının qarşısında konkret vəzifələr müəyyən olunmuşdur. Bu tədbirin məqsədi də  məhz qeyd olunanları bir daha diqqətinizə çatdirmaq, dövlət-din münasibətlərinin tənzimlənməsi işində fəaliyyəti birgə kordinasiya etməkdir. Burda hər birimizin, o cümlədən məktəb kollektivlərinin, rayonumuzun din xadimlərinin, valideyinlərin və aidiyyatı dövlət strukturlarının üzərində böyük məsuliyyət vardır.                                                                                                                             Odur ki,ölkəmizin, o cümlədən rayonumuzun  dini baxımdan həssas regionda yerləşdiyini nəzərə alıb, ayıq sayıq olmalı, tarixən ifrat dinçiliyin dövlətçiliyimizə vurduğu zərbəni unutmamalı və belə hallara qarşı amansız mübarizə aparmalıyıq. Çünki qeyd olunduğu kimi  bu gün bir çox dövlətlər öz maraqlarını realaşdırmaqdan ötrü ən mürtəce əməllərə əl atmaqdan belə çəkinmirlər. Bunlardan biridə dini motivlərlə bağlı hadisə və proseslərdir ki, belə faktlara əsasən ayrı-ayrı dinlərin yanaşı mövcud olduğu regionlarda rast gəlinir. Bu dini müxtəliflikdən öz məqsədləri üçün istifadə etmək istəyənlərsə, həmişə olub. Bu kimi niyyətləri dövlətimiz və respublika ictimayyəti daim dəf edib. Baxmayaraq ki, öz polietnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir və bunlar nəzərə  alınaraq hadisə və proseslərin dövlət səviyyəsində tənzimlənməsinə nəzarət mexanizmi yaradılmış, bu məqsədlə müvafiq dövlət strukturları təsis olunmuşdur. Odurki, dini təbliğat adı ilə pərdələnərərk öz maraqlarını ideoloji müstəvidə gerçəkləşdirməyə çalışan  qüvvələrə qarşı ən kəsərli mübarizə silahı milli dəyərlərin qorunması və eləcədə bu sahədə Azərbaycan Respublikası adından həyat keçirilən tədbirlərin dəstəklənməsidir.                                                                                        Tədbirdə  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və din xadimləri çıxış edərək  Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin  zəruriliyi diqqətə çatdıraraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı  fikirlərini bildirdilər.                                                                                                                                       Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

Keçidlər