Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.

09 avqust 2018 | 16:00

8 avqust 2018-ci il tarixdə   Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı-Cürəli və Muğan kəndlərindən ibarətdir. Nümayəndəlikdə 845 təsərrüfat, 3560  nəfər əhali yaşayır.Nümayəndəlik üzrə bir tam orta məktəb, bir əsas məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, klub, poçt, 2 kitabxana fəaliyyət göstərir.
Tədbirdə Aşağı Cürəli  kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, cənab Prezidentin  2012-ci il tarixli Sərəncamı ilə kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, 450 şagird yerlik yeni məktəb binası, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində kənd əhalisi tərəfindən  490 hektar pambıq əkilmiş və 1303 ton məhsul əldə olunmuşdur.Məhsuldarlıq 26.6 sentner təşkil etmişdir.Təkcə pambığ məhsulunun becərilməsində 600 nəfərə yaxın kənd əhalisinin məşğulluğu təmin olunmuş  və 500 min manatdan çox gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
Q.Bağırov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrasının nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir. Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir.Yeni məktəb binası tikilmiş, səhiyyə müəssisəsi inşa olunmuşdur. Bu gün respublikamızın elə bir ərazisi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son illər rayonumuzda da aqrar sahə, xüsusilə pambıqçılıq sürətlə inkişaf etmiş və  kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraiti daha da yaxşılaşmışdır.Bu gün hər bir kənd sakini ona məxsus torpaqları həvəslə əkir və öz məşğulluğunu və yaşayışını təmin edir.Bu sahədə dövlət öz vətəndaşına kifayət qədər yardımlar göstərir.Bu kömək bundan sonra da davam etdiriləcəkdir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli və Muğan  kəndlərinin əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər