Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ döyüşlərində itkin düşmüş Biləsuvarlı döyüşçülərin Xatirə löhvəsinin açılış mərasimi keçirildi.

23 iyul 2018 | 16:00

22 iyun 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Beynəlxalq  Qızıl Xaç  Komitəsinin İtkin Ailələr üzrə müşaiyyət proqramının dəstəyi ilə  Biləsuvar rayonu üzrə Qarabağ döyüşlərində itkin düşmüş  döyüşçülərin Xatirə löhvəsinin açılış mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova, Beynəlxalq  Qızıl Xaç  Komitəsinin İtkin Ailələr üzrə müşaiyyət proqramının koordinatoru, ”Loqos” Pisixologiya mərkəzinin baş pisixoloqu Elmira Mirzəyeva, komitənin İtkin ailələr üzrə müşaiyyət proqramının əlaqələndiricisi Nərmin İsmayılova, komitənin İtkin ailələr üzrə müşaiyyət proqramının müşaiyyətçisi İlhamə İbişova, İtkin düşənlərin ailə üzvləri və rayon İctimaiyyətinin nümayəndələri  iştirak etdi.
Tədbirdə Beynəlxalq  Qızıl Xaç  Komitəsinin İtkin Ailələr üzrə müşaiyyət proqramının koordinatoru, ”Loqos” Pisixologiya mərkəzinin baş pisixoloqu Elmira Mirzəyeva çıxış edərək bildirdi ki, Qarabağ döyüşlərində canından keçən və  itkin sayılan 21 nəfər biləsuvarlı gəncin  xatirəsini yaşatmaq bizim üçün  müqəddəs bir işdir. Proqram çərçivəsində bu sahədə apardıqları işlər artıq yekunlaşdığına görə itkin düşmüş biləsuvarlı döyüşçülərin bir anım yeri olması qərara alındı.
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman xanım Yüzbaşova çıxış edərək bildirdi ki, müharibənin ağır nəticələri olur.Şəhidlik zirvəsinə yüksələrək itkin düşmüş həmyerlilərimizin, igid oğullarımızın xatirə löhvələrinin hazırlanması həm onların valideynlərinin, qohum-əqrabasının, həm də rayon əhalisinin daimi ziyarətgahı olacaqdır. Belə oğullar yetirən vətən torpağı düşmən ayağı altında qalmayacaq! Bu igidlərimizdən ibrət götürən gənclərimiz tezliklə torpaqlarımızı azad edəcəklər!
İtkin düşən qəhramanlarımızın ailələri adından çıxış edən Zemfira xanım Şahmarova göstərilən qayğı və diqqətə, şəhid və itkin ailələrə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
Tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinin iştirakı ilə ehsan süfrəsi təşkil olundu.

 

Keçidlər