Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bİləsuvar şəhərində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi

20 iyun 2018 | 16:00

20 iyun  2018-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bİləsuvar şəhərində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Biləsuvar şəhəri  rayonun  ən böyük yaşayış məntəqəsi  olmaqla  4670 təsərrüfatda, 22340 nəfər əhali yaşayır.Biləsuvar şəhərinin torpaq sahəsi 1610 hektardır. Şəhərdə 4 tam orta,1 ümumi orta məktəb, 4 uşaq bağçası,  kitabxana, Mədəniyyət evi, baytarlıq məntəqəsi, poçt şöbəsi və  digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Biləsuvar şəhər İcra nümayəndəsi Qabil Xammədov  çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, çıhırin mərkəzi  yolları asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və şəhərdaxili  yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, şəhərə yeni içməli su və kanalizasiya xətti çəkilmiş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Biləsuvar şəhəri hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində şəhər əhalisi tərəindən   1011 hektar pambıq əkilmiş və 1020 ton məhsul əldə olunmuşdur.Təkcə pambığ məhsulunun becərilməsində 1000 nəfərə yaxın əhalinin məşğulluğu təmin olunmuş  və 540 min manata yaxın gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
Q.Xammədov  ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Biləsuvar çəhərində  abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün şəhər təbii qazla təmin olunur, yollara asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını tam təmin olunmuş, kanalizasiya sisteminin çəkilişi yenunlaşamq üzrədir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki,  əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Biləsuvar şəhərinin  əhalisinin də payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Biləsuvar şəhər əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər

Keçidlər