Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə   Biləsuvar rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və rayon əhalisi  iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, may  ayının  10-u xalqımızın  xilaskar  oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.  Azərbaycanın dünəni, bu günü, sabahı Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün cəsarətlə  XX  əsri Heydər Əliyev əsri adlandıra bilərik.1969-cu ildən başlanmış bu zəfər  yolu nəticəsində Heydər Əliyevin şah əsəri olan Azərbaycan  dövlətinin müstəqilliyi dönməz xarakter almış,  həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin  islahatlar həyata  keçirilmiş, müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev zamanın fövqündə duran  bir insan idi. Müstəqil dövlətimizin dərin  elmi-təcrübi dayaqlara söykənən siyasi, iqtisadi və beynəlxalq əsaslarının yaradıcısı və qurucusu  da məhz Ümummilli liderimiz olmuşdur.Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli  inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq  keyfiyyətçə yeni məzmunda uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin  gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış  səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarmışdır. Cənab  İlham Əliyevin  dəfələrlə bəyan etdiyi kimi, bu günkü  surətli  yüksəlişin təməlində müdrik Heydər Əliyev siyasəti durur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın, o cümlədən hər bir bolgənin və rayonun inkişafına xüsusi diqqət yetirmişdir. Bu müdrik şəxsiyyətin ölkə rəhbəri  kimi Biləsuvar rayonuna da bir neçə dəfə etdiyi tarixi səfərlərin hər biri rayonumuzun sakinlərinin yaddaşında əbədi iz qoymuşdur.  Bu gün respublikamızın inkişaf etmiş rayonlarından biri olan Biləsuvar rayonu abad, yaraşıqlı bir diyara çevrilmişdir.Qədirbilən  Biləsuvar əhalisi həmişə böyük  Heydər Əliyev şəxsiyyətinə hörmət və məhəbbət bəsləmiş, o böyük dühanın  siyasi xəttinə, ideyalarına hədsiz sədaqət, etimad  göstərmişdir. Biləsuvarlılar  Umummili lider Heydər Əliyevin siyasi kursu ətrafında, bu böyük yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaşayıb yaradır, doğma Biləsuvarı inkişaf etdirirlər.
M.Quliyev çıxışının sonunda bildirdi ki, bu gün bütün Azərbaycan  xalqı kimi Biləsuvarlılar da möhtərəm Prezidentimiz cənab İlham Əliyevi ölkəmizdə baş verən tərəqqinin, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir və  ona güvənir, Ölkə Prezidenti ətrafında sıx birlik nümayiş etdirirlər.
Tədbirdə  ümumtəhsil məktəblərinin şagirdləri və  gənc rəssamların hazırladıqları sərgi nümayiş olundu, incəsənət  xadimləri və rayon mədəniyyət işçiləri   geniş konsert proqramı ilə çıxış etdi.

Keçidlər