Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan deyəndə səni düşünürük biz...” adlı şeir müsabiqəsi keçirildi.

08 may 2018 | 16:00

        07 may 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Azərbaycan deyəndə səni düşünürük biz...”  adlı şeir müsabiqəsi keçirildi.
       Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müsabiqəyə start verildi. Rayonun  23 təhsil ocağının təmsilçilərinin iştirak etdiyi müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirildi. Müsabiqədə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar. Qeyd edildi ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Rayonun ümumtəhsil məktəblərinin peşəkar müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirmələrindən sonra mükafatlandırma mərasimi keçirildi. Birinci yerin qalibi olmuş Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdi Gültən Zeynallı, ikinci yeri tutmuş Nizami adına  1 nömrəli tam orta məktəbin şagirdi Aydan Xammədli və üçüncü nəticə ilə kifayətlənmiş Nəsimi kənd tam orta məktəbin    şagirdi Əsli İmaməliyeva Bləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.

Keçidlər