Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.

27 aprel 2018 | 16:00

27 aprel 2018-ci il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Günəşli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Günəşli kəndində 637 təsərrüfatda, 3406 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 915 hektardır. Günəşli kəndində ümumi orta məktəb, həkim məntəqəsi, kitabxana,  poçt şöbəsi və  digər sosial obyektlər fəaliyyət göstərir.
Tədbirdə əvvəlcə Günəşli kənd İcra nümayəndəsi Əli Eyvazov çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışdı.Bildirdi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Günəşli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, kəndin mərkəzi  yolu asfaltlaşdırılmış, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuşd,  ərazidəki şor kollektorları lildən təmizlənmişdir. Günəşli kəndi hazırda təbii qazla və fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində Günəşli  kəndində  345 hektar pambıq əkilmiş və 741  ton məhsul əldə olunmuşdur.Təkcə pambığ məhsulunun becərilməsində 450 nəfərə yaxın kənd əhalisinin məşğulluğu təmin olunmuş  və 400 min manata yaxın gəlir əldə edilmişdir.Bundan başqa ərazidə taxıl, günəbaxan, yonca və tərəvəz məhsulları da əkilmişdir.
Ə.Eyvazov ölkə Prezidenti  cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
Sonra Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrası ilə əlaqədar görülən işlər nəticəsində rayonda, eləcədə Günəşli kəndində abadlıq və quruculuq işləri geniş vüsət almışdır.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün yeni su xətti və bulaqlar inşa olunmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin. Xüsusilə rayonumuzda aqrar sahənin inkişafının nəticəsidir ki, kəndlərimizdə əhalinin məşğulluğu təmin edilmiş, insanlarımız həyat şəraitlərini daha da yaxşılaşdırırlar.Son illər pambıqçılığda qazandığımız uğurlarda Günəşli kəndinin əhalisinin də payı vardır.Görülən bu işlərin nəticəsidir ki, bu gün  əhalimizin rahat və  firavan yaşayışı təmin olunmuşdur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Günəşli kənd əhalisini narahat edən  problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər