Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya Texnolojiyaları sahəsində internet təhlükəsizliyi” mövzusunda təlimlər kerildi.

01 mart 2018 | 16:00

01 mart 2018-ci ildə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya Texnolojiyaları sahəsində internet təhlükəsizliyi”  mövzusunda təlimlər keçirdi.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyəti başçısı aparatınin İctimai-siaysi və humanitar məslələr şöbəsinin müdir müavini Kamil Qurbanlı, “Tərəqqi” Soaial Tədqiqatlar İctimai Birliyinin əlaqələndiricisi Anar Əhmədov, Layihənin proqram rəhbəri Sədrəddin Əliyev, İctimai Birliyin əməkdaşı Azər Əliyev və rayonda fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının nümyəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sədrəddin Əliyev layihə barədə ətraflı məlumat verdi. Dövlət və yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyət haqqında danışan natiq Biləsuvar rayon İcra hakimiyyətinin qeyri hökumət təşkilatlarının layihələrinin icrasından ötrü yaratdığı şəraitə görə minnətdarlığını ifadə etdi.  
Biləsuvar rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək rayonda Qeyri Hökumət Təşkilatlarını fəaliyyəti üçün yaradılan şəraitdən, bu günədək QHT-lərlə rayon İcra hakimiyyətinin əməkdaşlığından və bu sahədə görülən işlərdən danışdı. İcra olunmasına start verilən “Vətəndaş cəmiyyətinin bacarıqlarının İnkişafı layihəsi” və “Gənclər arasında informasiya və kommunukasiya Texnolojiyaları sahəsində internet təhlükəsizliyi”  layihələrinin də icra olunmasından ötrü qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilməsini arzu etdiyini bildirdi. Çıxışlardan sonra təlimələrə başlanıldı.

Keçidlər