Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “İntellektual ailə oyunu” keçirildi.

27 dekabr 2017 | 16:00

27 dekabr 2017-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Rest-Aran” ailəvi istirahət məkanında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “İntellektual ailə oyunu” keçirildi.
Yarışın açılışında Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək yarışda iştirak edən bütün ailələri qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. İdarə rəisi bildirdi ki, rayonumuzda bu cür oyunların keçirilməsi həm ailələr, həm də uşaqlar arasında dostluq, həmrəylik münasibətlərinin inkişaf etdirilməsi, ailələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.
Sonra oyuna start verildi. Oyun 3 mərhələdən - intellektual suallar, milli filmlərdən fraqmentlər və musiqilərdən verilən parçalardan ibarət oldu. Maraqlı keçən oyunun sonunda ən çox xal toplayan Nəsirovlar ailəsi birinci, Nurəliyevlər ailəsi ikinci və Mirəliyevlər ailəsi üçüncü yerə layiq görüldü.
Mükafatlandırma mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsi rəisi Aqşin Bağırov qalib gələn ailələri qələbə münasibətilə təbrik edərək, onları qiymətli hədiyyələr və diplomlarla təltif etdilər.

Keçidlər