Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi.

02 dekabr 2017 | 16:00

2 dekabr  2017-cı  il   tarixdə Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası  keçirildi.
Aksiyada  Biləsuvar rayon icra hakimiyyətinin,  YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisə, təşkilatların, icra nümayəndəliklərinin və bələdiyyələrin kollektivləri aktiv şəkildə iştirak etdi.
Növbəti ağacəkmə aksiyası əsasən Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aparıldı.Ərazidə müxtəlif adda ağaclar əkildi  və suvarıldı. Bundan əlavə ərazi alaq otlarından təmizlənərək ağaclarda əhəngləmə işləri aparıldı.
Rayonda  ağacəkmə kompaniyası çərçivəsində Biləsuvar şəhərində və kəndlərdə münlərlə müxtəlif növ ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur

Keçidlər