Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirildi.

30 noyabr 2017 | 16:00

30 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı və icma əsaslı Rebilitasiya Mərkəzinin dəstəyi ilə Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə  rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Azərbaycana Birgə Yardım Təşkilatının  (UAFA) nümayəndələri,əlil uşaqlar, Qarabağ müharibəsi əlilləri, Çernobil əlilləri, Əfqanıstan müharibəsi əlilləri iştirak etdilər.Tədbir iştirakçıları əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbirdə  rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək  Əlillərə göstərilən dövlər qayğısından danışdı.Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  birbaşa diqqəti və qayğısının nəticəsidir ki, son illər bir çox müasir sosial reabilitasiya mərkəzləri inşa olunmuş, dövlət vəsaiti hesabına əlillərin xaricdə müalicəsi təmin edilir, onların mənzil şəraiti yaxşılaşdırılır, pensiya  və müavinətləri artırılır. Bu kateqoriyalı insanlar rayonumuzda da daim diqqət mərkəzində saxlanılır.Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Tədbir rayon incəsənət işçilərinin və əlil uşaqların hazırladıqları konsert proqramı ilə davam etdirildi.Tədbirin sonunda əlil uşaqlar hədiyyələr təqdim olundu.

Keçidlər