Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Tofiq Quliyevin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.

29 noyabr 2017 | 16:00

29 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon Uşaq İncəsənət Məktəbində Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayonun mədəniyyət işçiləri, Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivi və ziyalılar iştirak etdilər.   Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək görkəmli bəstəkar Tofiq Quliyevin  musiqi sənətimizin inkişafındakı xidmətlərindən danışdı. Yubley tədbirində iştirakçılar görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə çıxışlar etdilər.Tədbir Uşaq İncəsənət məktəbinin kollektivinin hazırladığı konsetr proqramı ilə davam etdirildi.

Keçidlər