Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Fövqəladə halların proqnozlaşdırılması, proflaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda tədbir keçirildi.

29 noyabr 2017 | 16:00

29 noyabr 2017-ci il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyətində  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Fövqəladə halların proqnozlaşdırılması,  proflaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qrumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayon icra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin məsul işçiləri, rayon Fovqəladə Hallar Komissiyasının üzvləri, idarə,müəssisə, təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirakı etdi.
Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlərdən, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilmdi. İcra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərdə müzakirələrin aparılmasının vacibliyi vurğulandı.
Daha sonra Muğan Regional Mərkəzinin monitorinq qruplarının  rayonun ayrı-ayrı ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilərək, yaranmış problemlər diqqətə çatdırıldı.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov rayonda mülki müdafiənin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı görüləcək işlər barədə məlumat verdi. Bildirdi ki, fövqaladə hadisələr zamanı mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisə və təşkilat  rəhbəri tabeliyində olan şəxsi heyətin və obyektlərin  təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır,fövqəladə hallarda təhlükəsizlik qaydalarına əməl olunmasını  təmin edərək, işçilər arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.
Toplantı zamanı Biləsuvar rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli  elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və icraedici orqanlara tövsiyələr verilmişdir.

Keçidlər