Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda milli vətənpərvərlik dəyərlərimizin təbliği və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Şəhadət” filmi nümayiş olundu.

28 noyabr 2017 | 16:00

28 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə milli vətənpərvərlik dəyərlərimizin təbliği və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Şəhadət” filmi nümayiş olundu.
Rayonun orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəblərin psixoloqları, uşaq birliklərinin və şagird-gənclər təşkilatlarının rəhbərləri filmin nümayişində iştirak etdilər.
Filmin nümayişindən əvvəl Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək filmin senarisi, sujet xətti və məzmunu barədə ətraflı məlumat verdi. Film nümayişinin  “İslam Həmrəyliyi ili” çərçivəsində Biləsuvar rayonunda həyata keçirilən növbəti tədbir olduğunu qeyd edən natiq  filmin qarşıdakı həftələrdə rayonun bütün təhsil müəssisələrində nümayiş etdiriləcəyini bildirdi. Böyük ideoloji təsir gücünə malik olan, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə ərsəyə gəlmiş  filmin milli vətənpərvərlik dəyərlərimizin təbliği və dini radikalizmə qarşı mübarizə baxımından əhəmiyyətli olduğunu vurğuladı.
İzləyicilər filmin nümayişidən böyük təəsüratla ayrıldılar.

Keçidlər