Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Uşaq hüquqları aylığı” na həsr olunmuş tədbir keçirildi

07 noyabr 2017 | 16:00

Biləsuvar rayon Gənclər və İdman İdarəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 7 noyabr 2017-ci il tarixdə “Uşaq hüquqları aylığı” na həsr olumuş tədbir keçirildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi çıxış edərək bildirdilər ki, hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilib. Tədbirdə insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir.
Tədbirdə Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının təşkil uşaqların rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi.

Keçidlər