Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olması münasibəti ilə tədbir keçirildi.

31 oktyabr 2017 | 16:00

31 oktyabr  2017-ci il tarixdə Biləsuvar  rayonu Heydər Əliyev Mərkəzinin Təşkilatçılığı ilə Mərkəzdə  ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olması  münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi,humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri  iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova bildirdi ki, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur.  Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir.
Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov Uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən böyük diqqət və qayğıdan danışdı.
Tədbir Heydər Əliyev Mərkəzinin Rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi və kitab sərgisinə baxış və Biləsuvar rayon Uşaq İncəsənət Məktəbiinin şagirdlərinin təşkil etdiyi konsetr proqramı ilə başa çatdı.

Keçidlər