Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi.

20 oktyabr 2017 | 16:00

20 oktyabr 2017-ci il tarixdə Biləsuvar  şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin saytının təqdimatı keçirildi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm  nazirliyin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov bilasuvar.mctgov.az saytı haqqında məlumat verdi. Bildirdi ki, saytda regional idarənin əhatə etdiyi rayonların (Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl) mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əksini tapıb. Saytda həmçinin regionda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı məlumatlara geniş yer verilib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 29 mart 2016-cı il sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirməsinə xidmət etdiyini dedi. Bildirdi ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizin mədəniyyət və turizminin təbliği genişləndirilməlidir.Diqqətə çatdırıldı ki, nazirliyin regional idarələri üzrə ilk sayt təqdim olunur. İlin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.
Təqdimat mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev saytın kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzuladı və bu istiqamətdə görülən işlərin daha da yaxşılaşdırılması üçün tövsiyyələrini verdi.

Keçidlər