Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Mədəniyyət vəTurizm naziri Əbülfəs Qarayev Biləsuvar rayonunda vətəndaşlarla görüşdü.

20 oktyabr 2017 | 16:00

20 oktyabr 2017-ci il tarixdə Azərbaycan  Respublikasının  Mədəniyyət vəTurizm naziri Əbülfəs Qarayev Biləsuvar  şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Tədbirdən öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Keçirilən qəbul zamanı vətəndaşlar əsasən yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətlər etdilər.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Keçidlər