Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda pambıq yığımına start verildi

07 sentyabr 2017 | 16:00

      06 sentyabr 2017- ci il tarixdən başlayaraq Biləsuvar zəhmətkeşləri pambıq yığımına başladılar. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonumuzun zəhmət adamlarında da böyük ruh yüksəkliyi yaratmış və 2016-cı illə müqayisədə bu il pambıq əkin sahəsi 2 dəfə çox genişləndirilərək, 11351.8 hektara çatdırılmışdır. Əkilmiş 11351,8 hektar sahədə bütün aqrotexniki tədbirlər həyata keçirilmiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Pambıq yığımının başlanılması rayon ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.
      Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilmiş və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə  qərargah yaradılmışdır.
          Biləsuvar zəhmətkeşlərinə pambıq yığımında uğurlar diləyirik.

 

 

Keçidlər