Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir

30 noyabr 2012 | 16:00

Bağbanlar kəndi rayonun şimal-qərb istiqamətində yerləşir. Bağbanlar inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Aranlı Çinarlı, Zəhmətabad, Əliabad kəndləri və Biləsuvar şəhəri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 980 təsərrüfat, 4210 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 Mədəniyyət evi, 1 kitabxana, poçtampt və rabitə qovşağı fəaliyyət göstərir.
Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramının icrası ilə əlaqədar Bağbanlar inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki, 2,1 km məsafədə kəndin mərkəzi yolu asfaltlaşdırılmış, 5 km kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuşdur.Kənd ərazisində bələdiyyə tərəfindən park salınmış,həkim amubatoriyasında təmir işləri aparılmış, “Modul” tipli su durulducu qurğu tikilərək əhalinin istifadəsinə verilmişdir.Uzun illərdən bəri təbii qaz olmayan Bağbanlar kəndində hazırda təbii qaz xətlərinin çəkilişi işləri aparılır. Əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
Noyabrın 28-də Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanlar kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir. Görüşdə kənd sakinləri G.Mirzəyev, Z.Əliyev, S.İbişov, A.Cəfərov və başqaları çıxış edərək ölkədə, rayonda və kənddə gedən quruculuq abadlıq işlərindən danışmışlar. Onlar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kəndlərimizə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Bu gün Bağbanlar kəndində qazlaşma işi sürətlə aparılır, əhali fasiləsiz elektrik enerjisindən istifadə edir. Vətəndaşların hər bir tələb və müraciəti dərhal nəzarətə götürülür, icrası barədə aidiyyəti üzrə tapşırıq verilir. Görüş-qəbulda kənd əhalisi tərəfindən qaldırılan məsələlərin icrası üzrə aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, sənaye və kənd təsərrüfatı ilə bağlı yeni layihələrin həyata keçirilməsi nəticəsində yüksək sosial-iqtisadi inkişafa nail olmuşuq. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.Kəndlərdə kənddaxili yollar təmir edilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Bağbanlar kənd əhalisin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
 

Keçidlər