Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Biləsuvar məktəbliləri rayonda ağacəkmə aksiyasında iştirak etdilər.

15 noyabr 2016 | 16:00

12 noyabr  2016-cı il tarixdən başlayaraq “Ölkəmizi tanıyaq”  tur-aksiyası çərçivəsində  Qəbələ - Şəki- Zaqatala rayonlarına ekskursiya edən  Biləsuvar məktəbləri 15 noyabr 2016-cı il tarixdə rayona qayıtdılar.
Tur–aksiya çərçivəsində şagirdlər  bu rayonların tarixi və görməli yerləri ilə tanış olaraq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya etmişlər.Məktəblilərimiz rayonlarda şagirdlər arasında təşkil olunan intellektual oyunlarda və musiqili proqramlarda iştirak etmişlər.
Tur-aksiyadan qayıdan şagirdlər Biləsuvar şəhərinin giriş hissəsində qarşılandıqdan sonra  ağacəkmə kompaniyasına qoşuldular.
Tədbirdə Biləsuvar rayon icra Hakimiyyətinin Başçısı Mahir Quliyev şagirdləri salamladıqdan sonra kampaniyaya start verildi.
Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkildi, əraziyə gübrələr verildi və  suvarıldı.

Keçidlər