Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirildi.

14 oktyabr 2016 | 16:00


13 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon icra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov,  rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak etdi.
Biləsuvar  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 26 yanvar 2016-cıil tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda və 17 sentyabr 2016-cil il tarixdə  Sabirabad rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Pambığın alış  qiymətinin artırılması, hər kiloqrama 0.1 manat subsidiyanın verilməsi, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi  rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.
Görülmüş bu işlərin nəticəsidir ki, son illərlə müqayisədə bu il rayonumuzda dəfələrlə çox 6040 hektar sahədə pambıq əkilmişdir. Rayonda fəaliyyət göstərən “CTS Aqro” MMC tərəfindən 198 mülkiyyətçi ilə 1650 hektar sahədə, ”MKT” MMC tərəfindən 570 mülkiyyətçi ilə 2632 hektar sahədə, ”Aqromaster” MMC tərəfindən  113 hektar sahədə  müqavilə bağlanaraq pambıq əkini aparılmışdır.Bundan əlavə “CTS Aqro” MMC-nin təcrübə sınaq təsərrüfatı tərəfindən isə 1405 hektar sahədə  yüksək repreduksiyalı pambıq toxumu əkilmiş, 240 hektar sahədə isə  mülkiyyətçilər öz təşəbbüsü ilə müqaviləsiz əkin aparmışlar. Bu günədək sahələrdən 4000 tona yaxın ağ qızıl toplanmışdır. Pambıqçılarımız bu il 12 min tondan çox məhsul yığmağı planlaşdırırlar.Hava şəraitini nəzərə alaraq yerli icra nümayəndələri, bələdiyyələr, pambıq mülkiyyətçiləri, pambıq zavodlarının rəhbərləri pambığın itkisiz və qısa müddətdə yığımını təmin etmək üçün bütün qüvvələrini sərf etməlidirlər. Xüsusilə əllə pambıq yığımını sürətləndirmək üçün insanlarımız səfərbər olunmalıdır.Bununla əlaqədar xüsusi pambıq yığan briqadaların sayı artırılmalıdır.
M.Quliyev bildirdi ki, bütün bunları nəzərə alaraq rayonumuzda  növbəti ildə 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmışdır.Bununla bağlı icra nümayəndələri, bələdiyyələr, pambıq zavodlarının rəhbərləri əhali arasında həm maarifləndirmə işləri aparmalı, həm də müqavilə bağlayan mülkiyyətçilərin problemlərinin həllinə diqqətlə yanaşmalıdırlar.
Qərargahın iclasında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə on minlərlə iş yerləri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır. Cənab Prezident proqram xarakterli çıxışlarında  bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etmişdir ki, “Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.”Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini bildirən ölkə başçısı bunun  keçən illə müqayisədə  təxminən üç dəfə çox olduğunu qeyd etmişdir. 2017-ci ildə isə respublikamızda pambıq əkininin  128 min hektar sahəni əhatə edəcəyini vurğulayan cənab İlham Əliyev bildirmişdir ki: “Əgər indiki səviyyəni götürsək,  128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq  biz hədəfi gələn il üçün 300 min ton götürməliyik.
H.Əzənmədov rayonda pambıq yığımının vəziyyəti ilə bağlı tövsiyyələrini verdi, pambığın itkisiz və vaxtında toplanması zamanı yarana biləcək problemlərlə bağlı mülkiyyətçilər və pambıq emalı zavodlarının rəhbərliklərinin təkliflərini  dinlədi.
İclasda çıxış edənlər mülkiyyətçilər əsasən pambıq  sahəsinin yığılması üçün əlavə  işçi qüvvəsinə ehtiyacınu olduğunu, sahələrin maşınla yığımı üçün  əlavə  pambıqyığan maşınların və qoşqu lafetlərinin təşkil edilməsini bildirdilər.
İclasda qərara alındı ki,  rayonun idarə, müəssisələrində çalışan işçilərdən ibarət könüllü pambıqyığan briqadalar təşkil olunsun, hər iki pambıq zavodu  yığıma əlavə pambıqyığan maşınların və qoşquların cəlb olunmasını təşkil etsinlər.
Sonda rayonda pambıq əkininin və yığımın real vəziyyətini öyrənmək məqsədilə bir neçə təsərrüfat sahəsinə baxış keçirildi.

Keçidlər