Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonundakı N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə görüş keçirildi.

26 iyun 2016 | 16:00

26 iyun 2016-cü il tarixdə Biləsuvar rayonundakı N saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələr  Gününə   həsr olunmuş  görüş  keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova, Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramil Sultanov və hərbi hissənin şəxsi heyəti  iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə Qəmbərova çıxış edərək   Milli Ordumuzun yaranmasının 98-ci ildönümü münasibətilə hərbi hissənin şəxsi heyətini  təbrik edərək, onlara bu şərəfli işlərində uğurlar arzuladı.Bildirdi ki, “Ulu Öndərimiz Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandanımız İlham Əliyev cənabları da Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.Elə bu ilin aprel ayının ilk günlərində ordumuz tərəfindən erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir oldugunu dünyaya göstərdi. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Tədbirdə çıxış edənlər  Silahlı Qüvvələr Günü münasibətilə zabit və əsgərlərimizi  təbrik edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: Prezidentimizin “Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir" fikri tədbirdə bir daha qeyd olundu.Görüşdə  rayonun incəsənət ustalarının  ifasında mahnılar səsləndi.

Keçidlər