Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ağacəkmə iməcliyi keçirildi.

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixdə  Azərbaycan  Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının  93-cü ildönümü münasibəti ilə ağacəkmə iməcliyi keçirildi.
Rayonun  ərazisində təşkil olunan iməclikdə Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri olmaqla 1200 nəfər  iştirak etdi.
İməclik çərçivəsində Heydər Əliyev adına parkda və Heydər Əliyev prospektində müxtəlif növ 2000 ədəd dekorativ gül  kolları və Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən  dolama yolunun ətrafında  6000 ədəd ağac əkildi.

Keçidlər