Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.

18 sentyabr 2014 | 15:00

18 sentyabr 2014-cü il tarixdə  Biləsuvar rayon Aşağı Cürəli kəndində  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və  Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirildi.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun aidiyyəti  müəssisə rəhbərləri,  bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının,  ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etdilər.
Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, ölkə iqtisadiyyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün  əlverişli mühit yaradılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə qarşıya qoyduğu tapşırıq və tövsiyyələrə uyğun olaraq  rayonumuzda da sahibkarlığın inkişaf etdirilməsi və onlara hərtərəfli köməklik göstərilməsi daim diqqət mərkəzində olmuşdur.Bu məqsədlə rayonda ərazisi 10 hektar olan “Sənaye parkı”nın yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Sahibkarların güzəştli kreditlərdən faydalanması üçün onlara köməkliklər edilir və hüquqları qorunur. Hazırda rayonda 5 mindən çox  sahibkarlıq subyekti fəaliyyət göstərir.Bu günə kimi rayonda ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən  466 sahibkara 39.7 milyon manat kredit verilmişdir.M.Quliyev rayonda özəl sahənin daha da inkişaf etdirilməsi və rəqabətqabiliyyətli olması üçün bundan sonra da onlara müvafiq köməkliklərin olunacağını bildirdi.
Sonra  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək respublikamızda bu sahədə görülən işlərin tərkib hissəsi olaraq rayonda bu sahədə əldə edilmiş uğurlardan danışmış və bildirmişdir ki, son illər Biləsuvar rayonunda  Fond tərəfindən tutumu 5 min ton olan logistika mərkəzi, İllik istehsal gücü 2.6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik gücü 18.3 min ton olan 2 konserv zabodu istifadəyə verilmiş, 200 hektar ərazidə nar bağı salınmışdır.Hazırda illik gücü 3.6 min ton nar konsentratı  və 0.4 min ton nar dənəsi olan emal müəssisəsi tikilir.
Ş.Abdullayev çıxışı zamanı sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.
Tədbirdə sahibkarlar çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.
Sonda bir qrup sahibkara güzəştli kreditlər verildi.

Keçidlər