Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.

07 noyabr 2021 | 16:00

7 noyabr tarixində Milli Qəhrəman  Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Milli Qəhrəmanın Əliabad kəndində yerləşən ata ocağını  ziyarət edərək ailəsi ilə görüşüb.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov görüş  zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir.
Görüş zamanı  qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov  18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində  xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov  onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.

Keçidlər