Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 8 Noyabr– Zəfər Günü ilə əlaqədar “Tarixi Qələbəmiz” adlı tədbir keçirildi.

01 noyabr 2021 | 16:00

1 noyabr 2021-ci il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr– Zəfər Günü ilə əlaqədar  “Tarixi Qələbəmiz” adlı tədbir keçirildi. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə  orqanlarının  rəhbərləri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, “Əskərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, Televiziya aparıcısı və xeyriyyəçi Nuran Hüseynov, Vətən müharibəsi iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.Sonra torpaqlarımızın azadlığı yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi  1 dəqiqəlik  sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. 8 Noyabr-Zəfər Günü xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı.Bu qələbəni bizə yaşadan hər bir qəhrəman şəhidimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün daima örnək olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, “Əskərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və digərləri çıxış edərək  sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açıblar. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar.
Tədbirdə Regional Mədəniyyət İdarəsinin hazırladığı kompozisiya nümayiş olunub, Nuray Rəhman və ailəsinin ifasında vətənpərvərlik mahnıları dinlənilib.
Tədbirdə Gənclər və İdman İdarəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Biləsuvar rayon nümayəndəliyinin gənc könüllüləri iştirak ediblər. 

Zəfər Günü ilə əlaqədar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və  “Əskərə xatirə kitabı” layihəsi tərəfindən bir qrup Vətən Müharibəsi qazisinə bayram sovqatı paylanıldı. 


 

Keçidlər