Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

01 noyabr 2021 | 16:00

29 oktyabr 2021-ci il tarixdə   Biləsuvar rayon İcra Hakimiyyətinin Kapital Bankla birgə təşkil etdiyi  torpaqlarımızın azadlığı uğrunda canından keçmiş həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi  şəhidlərinin əziz  xatirələrinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın valideynləri, onların ailələri və müharibə iştirakçıları  iştirak etdi.
Aksiya çərçivəsində rayonda ayrılmış “Vətən bağı” adlanan xüsusi ərazidə torpaqlarımızın azadlığı uğrunda aprılan müharibədə  şəhid olmuş 202 nəfər biləsuvarlı qəhrəmanızın şərəfinə 202 ədəd müxtəlif növ ağaclar əkilərək suvarıldı.Ağacəkmə başa çatdıqdan sonra iştirakçıların təşəbbüsü ilə qərara alınıb ki, əkilən hər bir ağacın qarşısında şəhidin adı yazılmış lövhə vurulsun  və həmin şəhidin ailəsi əkdiyi ağaca qulluq göstərsin.

 

Keçidlər