Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti 8 Noyabr Zəfər Günü ilə əlaqədar müsabiqə elan edir.

23 oktyabr 2021 | 16:00

-  Müsabiqədə iştirak edəcək şəxlər üçün yaş və təhsil səviyyəsi məhdudiyyəti  yoxdur.
-  İnşa yazıları Azərbaycan dilində olmalı, mətn aydın və anlaşılan olmalı, faktlara
   əsaslanmalı, ədəbi dilin fonetik, leksik və qrammatik qayda və normalarına əməl etməklə
   yazılmalıdır.
-  Seçim zamanı mövzunun əhatəliliyi, informativlik, araşdırma və təhlilin yüksək
    səviyyədə olması nəzərə alınacaqdır.
-  Müsabiqədə iştirak etmək istəyənlər 27 oktyabr 2021-ci il, saat 09:00-dək
   aşağıdakı anketi dolduraraq məlumatları inshamusabiqe@gmail.com
   elektron poçt ünvanına göndərməlidirlər.
-  Müsabiqə 28 oktyabr 2021-ci il, saat 11:00-da Heydər Əliyev Mərkəzində  keçiriləcəkdir.
-   Müsabiqənin keçirilmə müddəti  1  saatdır.
-   Müsabiqə iştirakçılarının  nəticələrinin obyektiv qiymələndirilməsindən  ötrü
   iştirakçılara təqdim ediləcək vərəqlərdə anonimlik təmin olunacaqdır.
-  Müsabiqənin qeyd olunan şərtlərinə cavab verməyən inşa yazıları qəbul edilməyəckdir.
-   Müsabiqəyə təqdim edilmiş inşa yazıları tərkibi mütəxəssislərdən ibarət olan  münsiflər
   tərəfindən qiymətləndiriləcəkdir.
-  Müsabiqənin nəticələrinə görə I,II və III yerlər müəyyənləşdirləcəkdir.
-  Müsabiqə barədə əlavə məlumat almaq istəyənlər 051-519-73-37 telefon nömrəsi  ilə 
   əlaqə saxlaya bilərlər.

anket.docx

Keçidlər