Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirildi.

22 iyul 2021 | 16:00

2 iyul 2021-ci il  tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində  Milli Mətbuat Günü və Jurnalistlərin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, aparatın əməkdaşları, 20-dən artıq mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri, müxbirləri, televiziya nümayəndələri iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları müxtəlif qəzetlərin arxiv nümunələrindən təşkil olunmuş sərgiyə  baxış keçirtdilər.
Tədbiri giriş sözü ilə açan başçı Faiq Qürbətov mətbuatın 146 illik   keçdiyi inkişaf yolundan geniş söhbət açaraq cəmiyyətdə əvəzsiz rolundan danışıb. Başçı eyni zamanda tədbirdə iştirak edən mətbu orqanların nümayəndələrinə Biləsuvar rayonun ictimai-siyasi, sosial-iqtisadi, tikinti, quruculuq, kənd təsərüfatı və digər sahələrdə görülən işlər barədə  mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirib.
İştirakçılar Mətbuat Günü ilə bağlı geniş məlumat verdilər və rayon rəhbərliyinə onlara Peşə Bayramı Günü ilə əlaqədar göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.
Rayon rəhbərliyi tərəfəndən tədbir iştirakçılarına Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu. Sonda xatirə şəkli çəkildi.

Keçidlər