Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilmişdir

08 iyul 2021 | 16:00

8 iyul 2021-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin birgə təşkilatçılığı ilə   Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi şəhidlərinin və iştirakçılarının ailə üzvlərinə orden və medalların təqdimat  mərasimi  keçirilmişdir.Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli,  Hüquq-mühafizə  orqanlarının  rəhbərləri, Biləsuvar rayon ictimaiyyətinin  nümayəndələri, Şəhid və qazi ailələrinin üzvləri iştirak etmişdir. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar şəhid ailələrinin üzvlərinə  təqdim olunmuşdur.
Dövtət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz şücaətini bütün dünyaya göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusuna “ciddi dərs” keçmişdir. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir. Vətən Müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı dünyanın müxtəlif ölkələrinin hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Daha sonra Orxan Əkbərov və Cavid Mahmudovun “Vətən müharibəsi qəhrəmanı”, Elçin Tağıyev və Məhəmməd Əmənovun “Qarabağ” ordeni  ailə üzvlərinə təqdim edilmiş, Elmar Mirzəyevin “İgidliyə görə”, Murad Muradlının “Cəsur döyüşçü” medalı ailə üzvlərinə təqdim ediləcəkdir.
Şəhid ailələri və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildirmişlər

 

 

Keçidlər