Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədris ilinin yekunları ilə bağlı “Son zəng” tədbirləri keçirildi.

15 iyun 2021 | 16:00

14 iyun 2021-ci il tarixdə Biləsuvar rayonunun təhsil müəssisələrində növbəti tədris ilinin yekunları ilə bağlı “Son zəng”  tədbirləri keçirildi.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində və şəhər Nizami adına 1 saylı tam orta məktəbində keçirilən tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov da iştirak etdi.

Tədbirlərdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının başçısı Faiq Qürbətov  məktəblərin kollektivinə, şagirdlərə və valideynlərə xoş arzularını və təbriklərini çatdırdı.
F.Qürbətov Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişdirməsi yolunda yorulmadan çalışan müəllimlərə  minnətdarlığını bildirdi və məktəbi bitirən məzunlara Azərbaycanda və dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaları üçün hər çür şərait yaradıldığını diqqətə çatdırdı.Bildirdi ki, belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.Məzunları bir daha təbrik edən rayon İcra Hakimiyyətinin başçısı onlara gələcək həyatlarında uğurlar arzuladı.
Digər çıxış edən natiqlər də məktəblərin pedaqoji  kollektivinə və şagirdlərə xoş arzularını bildirdilər.
Sonra   birincilər son zəngi çaldılar.

Keçidlər