Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlu

Vətən Müharibəsi şəhidi Qurbanov Ruslan Üzeyir oğlu  - 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd кəndində anadan olub. Ağalıkənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Gəncədəki N saylı hərbi hissədə hərbi xidmətini çəkmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və  oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər