Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məhəmməd Cəlal oğlu Quluzadə

Vətən Müharibəsi şəhidi Quluzadə Məhəmməd Cəlal oğlu- Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. 2006-2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır.
O, 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2019-cu ildə həqiqi  hərbi xidmətdən təxris olunmuşdur. 2020-ci ildə isə könüllü şəkildə yenidən ordu sıralarına qayıdaraq  Tərtər rayonu N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlamışdır.
Məhəmməd Quluzadə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  başlayan Vətən müharibəsində iştirak edərək 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə"medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri

•  (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) 
•  (2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər