Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Astanlı İqbal İlqar oğlu

Vətən Müharibəsi şəhidi Astanlı İqbal İlqar oğlu- 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixdə  Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər