Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Xosizadə Müşfiq Zakir oğlu

Vətən Müharibəsi şəhidi Xosizadə Müşfiq Zakir oğlu- 14 aprel 1994-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin giziri  Müşfiq Xosizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak etmiş və 29 sentyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Müşfiq Xosizadə ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 

Keçidlər