Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi İsmayılov Amid Eldar oğlu

Vətən Müharibəsi şəhidi İsmayılov Amid Eldar oğlu 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.Amid İsmayılov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Amid İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid İsmayılov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Amid İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə"  medalarlı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər