Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Abıyev İlkin İslam oğlu

Vətən Müharibəsi şəhidi İlkin İslam oğlu Abıyev  18 yanvar 1995-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi.
2013-cü ilin iyul ayından Göygöl rayonunun Toğana kəndində yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2015-ci ildə həqiqi hərbi xidmətini başa vurub. 2017-ci ilin oktyabr ayından Daşkəsən şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş kimi hərbi fəaliyyətə başlamışdır.
İlkin Abıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Daşkəsən rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid İlkin Abıyev 27 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Abıyev İlkin ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə"  medalı ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Təltifləri

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (18.12.2020) — "İgidliyə görə" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
 

Keçidlər