Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət


  Rayonda 1 memarlıq, 12 arxeoloji  abidə var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağ dam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağ dam şəhərciyi" və "İçəri Ağ dam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.
       Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H. Əliyev adına İdman və Sağlamlıq Kompleksi ərazisində Qarabağ döyüşlərində həlak olmuş şəhidlərə, 20 Yanvar şəhidlərinə Xatirə kompleksi, 2016-cı il aprel şəhidlərinin əziz xatirəsinə  “Zəfərə aparan yol-Lələtəpə” abidə kompleksləri ucaldılmışdır.   

 Rayonda Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Dövlət Rəsm Qalareyası, Gənclər Evi fəaliyyət göstərir.           
 

 

Biləsuvar rayonunun görkəmli şəxsiyyətlərinin siyahısı

1 Azad Abışov Nyu-York Elmlər Akad-nın həqiqi üzvü, Professor (Sankt-Peterburq şəhərində yaşayır)
2 İdris Ağayev Tarix elmləri doktoru, professor
3 Ağayar Şükürov Fəlsəfə elmləri doktoru, professor (mərhum)
4 Tərlan Fərəcov Texnika elmləri doktoru, professor
5 İslam Mustafayev Kimya elmləri doktoru, professor
6 Bəhlul Abdullayev Filologiya elmləri doktoru, professor
7 Rzabala Fərəcov Fizika-riyaziyyat elmləri doktoru, professor
8 Kamil Mənsimov Fizika-riyaziyyat elmləri doktoru, professor
9 Müslüm Qurbanov Fizika-riyaziyyat elmləri doktoru, professor
10 Səfər Kazımov Texnika elmləri namizədi
11 Ariz Gözəlov Fəlsəfə elmləri namizədi
12 Yadigar Türkel Fəlsəfə elmləri namizədi
13 Elbrus Sadıqov Fəlsəfə elmləri namizədi
14 Mahmud Mahmudov Filologiya elmləri namizədi
15 Cəlal Məmmədli Filologiya elmləri namizədi
16 Əhmədağa Muğanlı (Qurbanov) Yazıçı (mərhum)
17 Əlibala Hacızadə Yazıçı (mərhum)
18 Zamin Mahmudov Şair
19 Həsənova Qızqayıd Salman qızı Sosialist Əməyi Qəhrəmanı (mərhum)
20 Məmmədov Ərəstun Surxay oğlu Sosialist Əməyi Qəhrəmanı (mərhum)
21 Musayeva Sifayi Əbülfəz qızı Sosialist Əməyi Qəhrəmanı (mərhum)
22 Hacıyev Yunsur Musaxan oğlu Sosialist Əməyi Qəhrəmanı (mərhum)
23 Mirzəyev Hikmət İzzət oğlu Vətən Müharibəsi Qəhrəmanı, General-leytenant

Biləsuvar rayonunda olan arxeoloji və memarlıq abidələri barədə
M Ə L U M A T

S/S Abidənin adı Tarixi Yerləşdiyi ünvan
1. Çöl Ağdam şəhrəciyi İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində
2. İçəri Ağdam yaşayış yeri İlk orta əsrlər Biləsuvar şəhərinin qərbində
3. Yedditəpə kurqanları 7 ədəd Tunc dövrü Bəydili kəndi
4. Qoşatəpə kurqanları Tunc dövrü Təzəkənd kəndi
5. Torağaytəpə kurqanları Dəmir dövrü Xırmandalı kəndinin yanında
6. Seidaltıtəpə kurqanı Dəmir dövrü Dövrüşlü kəndi
7. Ceyrantəpə kurqanı Dəmir dövrü Əmənkənd kəndi
8. Canavarçıxantəpə kurqanı Tunc dövrü Əmənkənd kəndi
9. Ağ dam qalası Orta əsrlər Biləsuvar şəhərindən 8 km cənubda
10. Şəhriyartəpə yaşayış yeri Orta əsrlər Nərimankənd kəndi
Memarlıq Abidələri
1. Şəhriyar qalası Orta əsrlər Biləsuvar şəhərindən 9 km qərbdə
2. Ümummilli lider Heydər Əliyevin heykəli 2013-cü il Biləsuvar şəhər Heydər Əliyev parkı
3. Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Ana abidəsi 1974-cü il Biləsuvar şəhər Sağlamlıq və İstirahət parkı

 

Keçidlər